Tuluq ayranı

Ayran növlərindən birinin adıdır. Azərbaycan məişətində qatığı çalxalayıb yağ, ayran əldə etmək üçün tuluqdan istifadə edilmişdir. Mürəkkəb quruluşa malik bu içki adı sintaktik üsulla yaratmışdır. İkinci növ ismi birləşmə modelindədir. “Tuluq” sözü oğuz qrupu türk dillərində “tuluq”, qıpçaq qrupu türk dillərində “tuluk / tulık / tulın”, monqol dilinin dialektlərində “tulam / tulım / tulum” fonetik variantlarında işlənir. (30, 335)
Toyuq supu
Turşkabab
OBASTAN VİKİ
Tuluq
Tuluq (ölçü vahidi) — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını ölçmək üçün istifadə edilən əşya. Tuluq (qab) — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını saxlamaq və daşımaq üçün istifadə edilən əşya. Tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti.
Tuluq zurnası
Tulum və ya tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti. Bir vaxtlar Qarabağ, Laçın, Qazax, Tovuz və Naxçıvan ərazisində geniş yayılmış nəfəslə çalınan dəri çalğı alətidir. Hazırda Azərbaycanda, əsasən, Naxçıvan Muxtar Respublikasında rast gəlmək olar. Başqa nəfəsli çalğı alətləri kimi tulumun da çox qədim tarixi vardır. Alimlərimiz tulumun yaranma tarixini sinifli cəmiyyətin ilk dövrlərinə aid edirlər. Hazırda tulumun müxtəlif növləri fərqli adlarla Qafqaz, eləcə də bir sıra Avropa xalqları arasında geniş istifadə edilir. Maldarlıq, əsasən də, qoyunçuluqla məşğul olan köçəri tayfalar tulumdan çox istifadə etmişlər. Səs tembri zurnanın səsinə bənzədiyi üçün bə'zən ona "tulum zurnası" da deyilib. Tulum xüsusi üsulla aşılanıb yumşaldılmış keçi və ya qoyun dərisindən hazırlanır. Bütöv soyulmuş dərinin iki ayağı möhkəm bağlanılır.
Tuluq (ölçü vahidi)
Tuluq — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını saxlamaq və ölçmək üçün istifadə edilən əşya. Ölçü vahidi kimi işlədilən qablardan biri də tuluq olmuşdur. Tuluq qoyun dərisindən hazırlanırdı. Ondan əsasən maye halında olan ərzaqları və yeməkləri saxlamaq və ölçmək üçün istifadə edilirdi. "Xanım, yeddi qoyunun yarı şaqqası, yeddi batman (1 batman=8 kq) unun çörəyi, yeddi batman düyünün aşı, yeddi tuluq şərab mənim bir öynəmin xörəyidi" (Koroğlu dastanı). Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 459.